"Deputat kimi faydalı işlər görə bilər" - Xalq artistlərindən Faiq Ağayevə dəstək
Tarix: 16-11-2018, 11:45



Xalq artisti Faiq Ağayevin deputatlığa namizədliyi iddiası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və gündəmin mövzusuna çevrilib.
Azərbaycan Milli Konservatoriyasının “Muğam” kafedrasının müdiri, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli, xalq artisti Arif Babayev Open.az-a açıqlamasında bildirib ki, Faiq Ağayevin deputat olmaq üçün kifayət qədər dünyagörüşü var:
“Niyə olmasın ki? Elə də gözəl olar. Faiq Ağayevin yetərli səviyyədə dünyagörüşü var. Həmçinin dəfələrlə Azərbaycan musiqisini dünya ölkələrində təbliğ edib. Elə onun musiqimizi yüksək səviyyədə təbliğ etməsi əsl siyasətdir. Bəli keyfiyyətli musiqilər həm də siyasətin özüdür. O mahnıları və fəaliyyəti ilə illər ərzində xalqa xidmət göstərib. Lakin Faiq Ağayev təkcə xalq artisti deyil. O, siyasəti, iqtisadiyyatı bilən ağıllı bir hüquqşünasdır. Düşünürəm Faiq bu vəzifədə faydalı işlər görə bilər”.


Deputat kimi faydalı işlər görə bilər


Azərbaycan Milli Konservatoriyasının professoru, xalq artisti Mənsum İbrahimov da öz növbəsində xalq artisti Faiq Ağayevin istəyinə dəstək olaraq, onun mədəniyyət sahəsinə daha çox töhfə verə biləcəyini vurğulayıb:
“Faiq Ağayev gözəl Azərbaycan vətəndaşı olmaqdan əlavə, çox intellektli, savadlı və yüksək mədəniyyətli bir sənətkardır. Hər bir Azərbaycan vətəndaşı kimi, Faiq Ağayevin də bundan istifadə etmək haqqı var. Niyə də olmasın? Əgər bu baş versə qanunların qəbul olunmasına xeyir gətirə, mədəniyyətin inkişafına töhfə verə bilər. O, dövlətinə, xalqına və ənənəsinə sadiq bir şəxsdir”.


Deputat kimi faydalı işlər görə bilər


Xalq artisti, aktyor-şoumen və aparıcı Murad Dadaşov a öz növbəsində bu yolda ona uğurlar arzulayıb: "Faiq Ağayev belə bir fikirlə çıxış edibsə, bu onun şəxsi qərarıdır. O, istər həyatda, istərsə də musiqi sahəsində təcrübəli şəxsdir. Onu dinləyən insanlar var. F.Ağayev xalqımızın sevilən sənətkarıdır və mahnıları ilə insanların ürəyinə yol tapa bilib. Hər halda ona bu yolda uğurlar arzu edirəm”.


Deputat kimi faydalı işlər görə bilər

Paylaş: