Ülviyyə: "Pul yığmağa çıxmamışam"
Tarix: 16-11-2018, 11:12



Aktrisa Ülviyyə Əliyevanın evi qarət olunandan sonra ATV-də aparıcı Zaur Baxşəliyevin təqdimatında yayımlanan "BizimləSən" verilişinə çıxması sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Bir çoxları onu həmkarı Tünzalə Əliyeva kimi xalqdan kömək istəyəcəyini qeyd ediblər. 

UlduzumSan.Az-ın BAKU.WS-ə istinadən məlumatına görə, bu gün yenidən sözügedən verilişə qatılan aktrisa haqqında yazılanlara münasibət bildirib. 

Ülviyyə Əliyeva ünvanına deyilən sözlərə belə cavab verib: 

"Bu, çox həssas mövzudur. Sizin verilişə çıxandan sonra o dəqiqə başladılar ki, "hə, indi bunun üçün pul yığaq". Mən heç kəsdən pul istəmirəm. 17 yaşımdan işləmişəm, halal zəhmətimlə 4 ailə saxlamışam. Bu gün yoldaşım da, mən də ailələr saxlayırıq. Mən pul yığmaq üçün çıxmamışam".

Paylaş: