Yalçın Rzazadənin yaradıcılığının 50 illiyi qeyd edilib
Tarix: 16-11-2018, 10:14



Noyabrın 15-də Heydər Əliyev Sarayında Xalq artisti Yalçın Rzazadənin yaradıcılığının 50 illiyinə həsr olunmuş gecə keçirilib.
Konsert proqramında Xalq artistləri Mübariz Tağıyev, Gülyanaq Məmmədova, Əməkdar artist Rəşad İlyasov, Əməkdar incəsənət xadimi Cavan Zeynallı və bir sıra tanınmış müğənnilər iştirak ediblər.
Gecədə yubilyarın musiqisevərlər arasında sevilən və tanınan “Xatirə”, “Taleyim mənim”, “Mənim duyğularım”, “Yadındamı”, “Sənə qurban”, “Sarı güllər”, “Bir könül sındırmışam”, “Sənin xatirinə”, “Bu şəhərdə” və digər mahnıları səsləndirilib. (Azərtac)

Paylaş: