Arda Turanın həyat yoldaşı ana olduqdan sonra ilk dəfə görüntüləndi
Tarix: 15-11-2018, 17:43

Məşhur türkiyəli futbolçu Arda Turanın həyat yoldaşı Aslıhan Doğan onu görənləri şoka salıb. Belə ki, 25 oktyabrda oğlu Həmzəni dünyaya gətirən Aslıhan 20 günə əvvəlki bədən formasına qayıdıb.
BiG.AZ "Haberler.com" -a istinadən xəbər verir ki, o, doğumdan sonra İstanbulda Akmerkəzdə ilk dəfə görünüb.
Hamiləlik zamanı yalnız 8 kilo çəki alan 33 yaşlı "sosyetik" gözəl fit görünüşüylə hər kəsi heyran buraxıb.
Bu cür ideal formada qalmasının məşhur sirri isə çox sadədir: Ana olmalarına baxmayaraq, ideal bədən ölçüləriylə göz qamaşdıran “Viktoriya Sekretin” məşhur mələkləri Adriana Lima və Miranda Kerrin pəhriz proqramı.
Formada qalmaq üçün Aslıhan ilk 4-6 həftə ərzində gündə 20 dəqiqə kardiyo məşqləri edərək əzələ yığıb.


Paylaş: