SKANDAL: Oktay Kaynarcanın adından istifadə edərək...
Tarix: 15-11-2018, 16:46



“Mənim adımdan 17 yaşlı qızı aldadıblar”
Türkiyəli aktyor Oktay Kaynarca sosial media vasitəsilə valideynlərə çağırış edib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktyor Oktay Kaynarca Kanal D-də yayımlanan “2.Sayfa” verilişinə zəng edərək başına gələnləri danışıb. Bildirib ki, adından istifadə edərək 17 yaşlı gənc qızı aldadıblar. Qızı məşhur edəcəklərini deyərək, onunla görüşüblər.
Kaynarca İnstagram profilində “Sosial media həyatımızın bir hissəsi olub. Hər birimizin uşaqları bu şəbəkələrdən istifadə edir. Saxta, hətta gərçək hesablardan hər cürə pislik gələ bilər. Buna görə də uşaqlarınızın hansı saytlara girdiyinə, kimlərlə danışdıqlarına diqqət edin”.

Paylaş: