Tanınmış aktrisanın bahalı qızılları oğurlandı - 24500 manatlıq...
Tarix: 15-11-2018, 15:42



Aktrisa Ülviyyə Əliyevanın 24, 500 manatlıq qızılı oğurlanıb.
AzNews.az xəbər verir ki, bu barədə Ülviyyə Əliyeva ATV kanalının “Bizimləsən” verilişində deyib. Aktrisa qeyd edib ki, evini qarət edənlər qapını açarla açıblar:
“İşıqları yandırıblar. 15 min manat dəyərində zinət əşyalarını götürüblər. Qabda bir üzük saxlayıblar. Evdəki 500 dollar olub, onun 200-nü aparıblar. Bundan əlavə 300 manat da bir götürüblər. Evə girib qızıllara baxana kimi bilmədim ki, oğru gəlib. 15 min deyilir, amma 24,500 manatlıq qızılım gedib. Olanlarla bağlı narahatam”.

Qeyd edək ki, bir neçə gün öncə aktrisa Ülviyyə Əliyevanın evi qarət olunub. Onun yaşadığı evindən 15 min manatlıq dəyərində qızıl-zinnət əşyalarının aparıldığı bildirilmişdi.

Paylaş: