Mehmet Ali Erbilin vəziyyəti yenidən pisləşdi
Tarix: 15-11-2018, 15:23



Reanimasiyada olan məşhur türk aparıcı Mehmet Ali Erbilin vəziyyəti daha da pisləşib.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə aparıcının bacısı Yeşim Erbil məlumat verib.
O, qardaşının vəziyyətinin ağırlaşdığını bildirib: "Ötən həftə həkimi Mehmet Ali Erbili süni nəfər aparatından ayırmışdı. Biz də sürprizlərin olacağını gözləyirdik. Ancaq ötən gün qardaşımın vəziyyəti tamamilə pisləşdi. Onu yenidən süni nəfəs aparatına qoşmalı oldular. İnşaallah bədəni müqavimət göstərər".
Qeyd edək ki, aparıcı yıxıldığı üçün qabırğaları sınıb və ağciyərinə batıb.

Paylaş: