Aparıcı Elgiz uğursuz əməliyyatın qurbanı oldu: "Beynimə oksigen getmirdi..."
Tarix: 15-11-2018, 13:04



Aparıcı Elgiz Əkbər ARB TV-də yayımlanan "Hər səhər" verilişində burnunu əməliyyat etdirdiyini etiraf edib.

BiG.AZ xəbər verir ki, aparıcı bildirib ki, əməliyyatdan sonra burnunda fəsadlar yaranıb, o, qoxubilmə hissiyyatını itirib:

"Mən də burnumdan əməliyyat olunmuşam. Amma estetik əməliyyat etdirmədiyim üçün heç kim fərqinə varmır. Burnumda çəpər əyriliyi var idi, xoruldayırdım. Mən yatan otaqda xorultunun səsindən dayanmaq mümkün olmurdu. Mənə bildirdilər ki, beyninə oksigen getmir, çəpər əyriliyi aradan götürülməlidir. İstanbulda əməliyyat etdirdim. Amma əməliyyat zamanı qoxubilmə hissiyyatımı zədələyiblər. İlin müəyyən aylarında qoxunu hiss etmirəm. Gül-çiçək iyinə həsrət qalmışam. Yenidən əməliyyat olunmalıyam".



Paylaş: