Ledi Qaqadan nümunəvi addım - Yanğından əziyyət çəkənlər üçün...
Tarix: 15-11-2018, 10:01



Dünyaca məşhur müğənni Ledi Qaqa Kaliforniya yanğınında zərərçəkənlərə ziyarət edib.
Open.az xəbər verir ki, o, komandası ilə birlikdə hər kəsə pizza paylayıb.
Müğənni 50 nəfərdən çox insanın dünyasını dəyişdiyi yanğından zərərçəkənlərə yardım etməyə davam edəcəyini bildirib.
32 yaşlı müğənni pizzalarla paylaşdığı fotoya belə şərh verib: “Bu gün həyatımın ən gözəl günlərindən biridir. Bu gün dünyada yaxşılıq günüdür. Sizi özünüz üçün yaxşılıq etməyə cəsarətləndirirəm”.


Ledi Qaqa hər kəsə pizza payladı - FOTO

Paylaş: