Azərbaycanlı rəqqasə: "Boşanandan 4 il sonra rəqqasə oldum"
Tarix: 14-11-2018, 13:09



Azərbaycanlı rəqqasə Renka ( Rəna Ağamuradova ) şəxsi həyatından danışıb.

BiG.AZ xəbər verir ki,ARB Tv-də yayımlanan “Səhər-səhər” verilişinin qonağı rəqqasə Renka olub. O bildirib ki, boşanandan sonra rəqqasəlik sənətinə gəlib: “19 yaşımda ailə qurdum. Toyum öz həyətimizdə oldu. Yoldaşımı çox sevirdim, amma boşandıq. Mən saç ustası, o da adi bir sürücü idi. Arzum rəqqasə olmaq idi. Ondan boşanandan 4 il sonra rəqqasə oldum. Biz dost kimi ayrıldıq. İndi o, ailə qurub. Mənim iki uşağım var. Böyük oğlumun 14 yaşı var. Mən heç bir zaman ailə qurmayacam. İndi də evimizə gəlir. Yəni düşmən kimi ayrılmamışıq”. 



Paylaş: