Bu da Açelya Elmasın yeni klipi – VİDEO
Tarix: 11-08-2017, 09:06


Türkiyə estradasının ulduz simalarından olan, tanınmış müğənni və aktrisa  Açelya Elmasın yaradıcılığında yenilik var.
 
İfaçının mətbuat xitmətindən Ulduzumsan.Az-a verilən məlumata görə, yeni mahnı "Sevabın Hazır mı?" adlanır.  Müğənni mahnının uğurlu olacağına inanır.
 
Türkiyənin  super starı Açelya Elmasın İstanbulda çəkdirdiyi "Sevabın Hazır mı?" mahnısının klipi internet istifadəçiləri üçün təqdim olunub.  
Ekran işində əsas qəhrəman obrazını qardaş ölkənin nüfuzlu "DNZ  Prodüksiyon" şirkəti ilə uğurlu əməkdaşlığını davam etdirən  Açelyanın özü canlandırıb.
Adıçəkilən bəstənin  sözləri Gökhan Şahina, musiqisi  həmçinin aranjmanı Nida Şana məxsus olan klipin rejissoru, Türkiyənin bir çox məşhur sənətçiləri ilə çalışan Ekran Nasdır.  Sevgilisindən ayrılan qadın obrazını mükəmməl şəkildə yaradan sevilən ulduzun tərəf müqabili Barış Egemen Göçmendir.

 

Paylaş: