"Taxt-tac oyunları"nın son mövsümü 2019-cu ilin aprelindən ekranlara çıxacaq
Tarix: 14-11-2018, 08:34



 "Taxt-tac oyunları" serialının sonuncu – səkkizinci mövsümünün nümayişinə 2019-cu ilin aprel ayındanbaşlanacaq.
“Report” xəbər verir ki, bu barədə layihənin rəsmi "Twitter" səhifəsinə yerləşdirilən treylerdə deyilir.
"Son mövsüm. 2019-cü ilin apreli", — deyə videoçarxın sonunda qeyd olunur.
Treylerin özü serialın əvvəlki mövsümlərindən götürülmüş kadrlardan ibarətdir.
Bundan əvvəl "Marvel" kino dünyasında "Hulk" obrazını canlandıran Hollivud aktyoru Mark Ruffalo çəkiləcək "Qisasçılar -4" filminin rəsmi adını açıqladığına görə, heyətdən qovulub.



Paylaş: