Rihannadan “Victorias Secret”in prodüserinə SƏRT REAKSİYA
Tarix: 13-11-2018, 17:13



Populyar müğənni Rihanna “Victorias Secret” prodüserini topa tutub.
Publika.az xəbər verir ki, Ed Razek trans və kök modellərin “Victorias Secret”in dəfiləsində heç bir halda yer ala bilməz dedikdən sonra tənqid hədəfi olub. Bundan sonra o, bu açıqlamasına görə üzr istəmək məcburiyyətində qalıb.
“Vogue” jurnalına verdiyi müsahibədə Razekin “Biz transeksuallara və kök modellərə şouda yer verməməliyik. Çünki bu şou bir fantaziyadır. 42 dəqiqəlik özəl bir əyləncədir” deməsi Rihannanı özündən çıxardıb. Alt paltarı markasının nümayişində kök modellərə yer verən Rihanna “Victorias Secret”in kreativ direktoru Ed Razekin trans və kök modellər haqqında dediyi fikrilərə sərt reaksiya göstərib.
Gözəl müğənni model Luiza O'Reillinin paylaşımını özü də bölüşərək reaksiyasını müəyyən edib. Luiza O'Reilli mövzu ilə bağlı fikirlərini sosial şəbəkədə belə ifadə edib:
"Markaların niyə prodüserlərin fikirləri məsələsində diqqətli olmasına dair ilk nümunə... Xüsusilə bu 70 yaşında və keçmişdə yaşayan bir adamdırsa... Şükür ki, Rihanna bizə “Fenty” ilə bu il müxtəliflik sevgisinin markalaşmasını gətirdi".
Xatırladaq ki, Rihanna sentyabrda təqdim etdiyi alt paltarı kolleksiyasının yaradılmasında böyük bədən ölçülü xanımları xüsusi nəzərə aldığını demişdi. Brendin əsas konsepsiyası da bundan ibarətdir, hər bir qadın gözəl və cazibədar görünmək imkanına malik olmalıdır. Dəfilədə 50 yeni model nümayiş olunub. Onlar arasında daha rahat idman topları və seksual alt geyimləri də olub.
“Bütün dünyada qadınların rahat və seksual alt paltarlar geyinmək imkanı olmalıdır. Mənim əsas missiyam da bundan ibarətdir. Düşünürəm ki, bu gün axşam tamaşaçılar bu enerjini hiss edə bildi. İstəyirdim ki, qonaqlar bütün qadınların və onların bədənlərinin müxtəlif olduğunu hiss etsin. Qadınlığın müxtəlif cəhətlərini göstərməyə çalışdıq. “Savage” (vəhşi) sözü özü çox şey deyir. Bu söz mərdliyi və qorxmazlığı ifadə edir. Və bu gün podiuma çıxan bütün qadınlar cəsarətli olduqlarını göstərdirlər. Hər birimizin içində vəhşi qadın oturub. Fərqi yoxdur ki, siz onu tapmısınız, ya yox” , - deyə finalda çıxış edən Rihanna bildirib.

Paylaş: