Hicab taxan aktrisanın dekolteli geyimi müzakirələrə səbəb oldu
Tarix: 13-11-2018, 13:08



Müsəlman olduğu deyilən məşhur amerikalı aktrisa Linzdi Lohan qalmaqallı geyimiylə şaiyələrə yol açıb.

BiG.AZ “haberler.com”-a istinadən yazır ki, bir müddət əvvəl islamı qəbul etdiyi kimi xəbərlərlə gündəmə gələn aktrisanın dərin dekolteli paltarı hamının diqqətinə səbəb olub.

Belə ki, 32 yaşlı gözəl aktrisa Nyu Yorkda qatıldığı moda gecəsində geyimiylə görənləri heyran qoyub.

Daha sonra “İnstagram”-da güzgü qarşısında həmin paltarıyla fotosunu paylaşan məşhurun şəklinə izləyicilər tərəfindən minlərlə bəyəni gəlib.

Pərəstişkarları fotonun altıa yüzlərlə şərh yazıb.

Qeyd edək ki, 2016-cı ildə suriyalı ailələrə dəstək olmaq üçün Türkiyəyə gələn aktrisa o vaxtlar hicab taxmışdı.

Big.az həmin fotonu sizə təqdim edir.



Hicab taxan aktrisanın dekolteli geyimi müzakirələrə səbəb oldu - FOTO

Paylaş: