Rafael Dadaşovun aktrisayla sözü çəp gəldi — Amaliya Pənahovaya görə
Tarix: 12-11-2018, 11:48



Xalq artisti Rafael Dadaşov mərhum həmkarı Amaliya Pənahova barədə ilginc açıqlamalar verib.
 "Ölkə.Az"-ın məlumatına görə, Dadaşov Pənahovanın bir müddət öncə "Azdrama"nı tənqid etdiyinə görə təzyiqə məruz qaldığını bildirib:
"İyirmi iki nəfər onun əleyhinə imza toplamışdı. Mənə də təklif etdilər. Dedim ki, bir qadına qarşı birləşib kişiləşirsiz".
Xalq artistinin səsləndirdiyi fikirlər A.Pənahovanın yaradıcısı olduğu Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətovanın narazılığına səbəb olub.
Qeyd edək ki, sözügedən müzakirə ARB-də Elgiz Əkbərin aparıcılığıyla yayımlanan "Səhər-səhər" verilişində olub.

Paylaş: