Günaya “veto” qoyan Xatirə onu bağışladı: 6 ay sonra
Tarix: 12-11-2018, 11:33



Müğənni Xatirə İslam və Günay İbrahimli arasında olan buzlar əriyib.
 
Primetime.az xəbər verir ki,  6 ay bundan əvvəl  “ATV maqazin 10larla” verilişinin “Hit parad” rubrikasının qonağı olan müğənni Xatirə İslam müğənni Günay İbrahimlidən incidiyini bildirmişdi:
 
“Müğənni Xuraman Şuşalının anası rəhmətə getdi. Mənə bir zəng gəldi. Telefonu götürəndə, gördüm bir qızdır. Dedi ki, Xatirə xanım salam, necəsiniz? Mən Günay İbrahimlinin produseriyəm. Günay xanım dedi ki, Xuraman xanımın anasının yas yeri haradadır? Dedim, get ona de ki, darıxmasın hələ. Telefonu da söndürdüm.
 
Əgər telefonu mən götürmüşəmsə, sənin köməkçin mənimlə danışa bilməz. Elə bir müğənni yoxdur ki, onun köməkçisi məni yığsın. Özü yığsın. Mən adamyeyənəm, ya nəyəm?”
 
Həmin ərəfədə İbrahimlinin cavabı da gecikməmişdi:
 
“Orada qeyd etmişdi ki, heç bir müğənninin köməkçisi məni yığa bilməz.  Birincisi köməkçi də insandır. Xuraman Şuşalının anasının yasıdır, mən niyə Xatirəyə yığım? Elə Xuramanın özünə zəng edərəm. Hətta elə olub ki, Xatirə özü zəng edib mənim prodüserimlə danışıb. Əgər hər hansı bir hadisə baş verirsə mən həmin adamın özünə və yaxud yaxınına zəng edirəm.  Bəlkə də, həmin ərəfədə kimsə mənim adımdan ona  zəng edib”.
 
Ötən gün məclislərdən birində görüşən sənətçilər şəkil çəkdirərək İnstaqram hesablarında yayımlayıblar.
 
Xatirə paylaşımına “Gözəlim, sənin xınanı tezliklə özüm yaxacam” sözlərini yazıb. Günay isə ona “Səsi və özü gözəl Xatirə İslam” cavabını verib.
 

Paylaş: