Elnarə Xəlilova: "Ərim mənim anam, atam, balamdır"
Tarix: 12-11-2018, 10:59



Müğənni Elnarə Xəlilova ARB telekanalında yayımlanan “Boş anlar” verilişində qonaq olub. 

Open.az xəbər verir ki, ifaçı proqram zamanı həyat yoldaşı Rövşən Cahangirovdan danışıb.
O, dörd ildən bir cütlüklərin ayrılma böhranı yaşadığını bildirib: "Onlar ya ayrılırlar, ya da növbəti mərhələyə keçirlər. 12 ildir, demək olar ki, böyük müddətdir yoldaşımla bir yerdəyik. O, mənim hazırda hər şeyimdir. Allahdan sonra birinci yerdə odur. Həm anam, həm atam, həm balamdır. Bəzən görürəm, övladım məni eşitmir, özünü təsdiq edir. Bu sözləri deməkdən çəkinməyəcəm”.
Qeyd edək ki, cütlük 2006-cı ildə ailə həyatı qurub. Onların dörd övladı var.

Paylaş: