Aygün Rəhimin verdiyi tituldan imtina edib
Tarix: 12-11-2018, 09:19



Xalq artisti Aygün Kazımova həmkarı Rəhim Rəhimlinin ona verdiyi "Primadonna" tituldan bəhs edib.  
UlduzumSan.Az-ın məlumatına görə, sənətçi ATV telekanalında yayımlanan “Atv maqazin 10larla” verlişinə  verdiyi müsahibə zamanı həmin tituldan imtina etdiyini bildirib: 

“Mən o titulu qəbul etmirəm. Çünki bizim bir "primadonna" var və o artıq tarixdədir. Allah İlhamə xanımı qəni - qəni rəhmət eləsin”.

Qeyd edək ki, Rəhim Rəhimli "ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasına qonaq olub. O, rubrikanın aparıcısı Ruslan Ağayevlə "İçərişəhər" metrostansiyasının ətrafında, şəhərin mərkəzində gəzib və sualları cavablandırıb. Rəhimli "Primadonna sırasında kimi görmək istəyirsən?" sualına belə cavab verib: "Mənə görə Aygün Kazımova".

Paylaş: