İbrahim Tatlısəs keçmiş arvadına evlənmə təklifi etdi: “8-cu övladımın anası sən ol”
Tarix: 9-11-2018, 14:40



İbrahim Tatlısəs bir maqazin verilişinə taelfonla zəng edib.
Ölkə.Az” xəbər verir ki, məşhur müğənni 2011-ci ildə evlənib boşandığı keçmiş arvadı Ayşegül Yıldıza yenidən evlənmə təklifi edib.
Tatlısəs və Yıldız 2011-ci ildə ailə qurub, 2013-cü ildə boşanıblar. İbrahim ötən il də “Ayşegülə aşiq deyiləm amma onunla yenidən evlənmək istəyirəm” açıqlamasını versə də, qarşı tərəf bu təklifi qəbul etməmişdi.
Bu dəfə isə müğənni “Alo, sənə deyirəm sarışın. Evlilik təklifim qüvvədədir. Sənə 4 mahnı bəstələdim. Mənim səkkizinci uşağımın anası sən ol. Hələ də sənə aşiqəm”.
Ayşegül isə Tatlısəsin təklifinə belə cavab verib:
“Evli olsaq da, olmasaq da, onun yeri başqadır. Amma evlilikdə tərəflərdən biri digərini əsəbiləşdirir və bir-birlərinə ziyan vurmağa başlayırlar. O, məni çox sevir, mən də onu çox sevirəm. Amma o dəftəri bağlamışıq”.

Paylaş: