Nazir - "Amaliya Bələdiyyə Teatrının məşqlərinə xəstə yatağından qalxıb gəlirdi"
Tarix: 9-11-2018, 12:46



"Amaliya xanım Bələdiyyə teatrının məşqlərinə xəstə yatağından qalxıb gəlirdi".

Open.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev Amaliya Pəhanova ilə vida mərasimi zamanı söyləyib. Teatr sənətinin böyüklüyünü vurğulayan nazir, "Bizim xalqımız və cəmiyyətimiz üçün teatr böyük sənətdir, xalqımızın ayrılmaz hissəsidir. Teatrın görkəmli simaları dünyalarını dəyişdiyi zaman biz onların obrazlarını göz qabağına gətirərək teatrın böyüklüyünü, əzəmətini bir daha xatırlayırıq.
Amaliya Pənahova bizim əvəzolunmaz sənətkarımızdır. Xalq artisti, "Şöhrət" ordenli, dəyərli sənətkar Amaliya Pənahova.
Amaliya xanım Bələdiyyə Teatrının məşqlərinə xəstə yatağından qalxıb gəlirdi. O bu qədər işini sevirdi" deyə sənətkarın həyatında teatr sənəntinin böyük rolundan bəhs edib. 

Paylaş: