Rəfael Dadaşov - "Amaliya ilə səhnədə olanda özümü yığışdırırdım"
Tarix: 9-11-2018, 12:43



"Amaliya xanımla səhnədə olmaq xoşbəxtlikdir."
Open.az xəbər verir ki, bu sözləri xalq artisti Rəfael Dadşov mərhum sənətkarın vida mərasimində söyləyib. O Amaliya Pənahovanın Azərbaycan səhnəsi üçün ağır itki olduğunu bildirib:
"Artıq nəsl etibari ilə mənə üz tutmusuz. Cavanların elə təcrübəsi yoxdur. Onların ehtiyyatı və səlahiyyətləri yoxdur ki, nə isı desinlər. Bizim onunla müştərək işlərimiz çox olub. Amaliya xanımla səhnədə olmaq xoşbəxtlikdir. Onunla səhnədə olanda özümü yığışdırırdım. Düzdü mənim təbiiliyim onu valeh edirdi. Şəxsən onu deyirəm ki, o mənim üçün bir məktəb idi. Çox gözəl tamaşalarımız olub. Deyim Rafael itirdi? Yox. Azərbaycan teatrı və mədəniyyətimiz itirdi. O, gözəl ömür yaşayıb.
Hər dəfə rastlaşanda heyfslənirdi ki, niyə Bələdiyyə Teatrında işləmədim. Danışmaq çətindir. İndi kim haqda danışaq? Kimin haqqında ağız dolusu danışa bilərik? Nəsil qalmayıb. Çox pərişanam və ailə üzvlərinə rəhmət diləyirəm".

Paylaş: