Məşhurlarımızın bayraq günü paylaşımı
Tarix: 9-11-2018, 12:16



Xəbər verdiyimiz kimi bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür.
 
Primetime.az xəbər verir ki, yerli məşhurlarımızda bu günə biganə qalmayıblar. Onlar öz sosial şəbəkə hesablarında bayrağımızla şəkillərini paylaşaraq bu sözləri yazıb.
 
Xalq artisti Faiq Ağayev: “Üçrəngli bayrağınla məsud yaşa!”





Xalq artisti Səkinə İsmayılova: “Bayramımız mübarək. Sabahlarımız xeyirlərlə müjdələnsin. Amin”.





Əməkdar artist Bəhram Bağırzadə: “Bayramınız mübarək! Allah dövlətimizi və millətimizi qorusun! Amin!”





Əməkdar artist Lalə Məmmədova: “Bayrağım, bütün olduğum ölkələrdə səni başımın üstündə qürurla gəzdirdim. Sənin uğrunda nə qanlar töküldü, nə ömürlər yarı qaldı. Hər şeyə rəğmən dalğalandın. Sən baş tacımızsan, qürur mənbəyimsən”.





Müğənni Ayaz Qasımov: “Üç rəngli bayrağınla daima məsud yaşa, Azərbaycanım!”





Aparıcı Lalə Azərtaş: “Bayraq böyük qüvvədir. Bayraq elə bir qüdrətdir ki, əlində ən qorxunc bir silah tutan məğlubedilməz əsgər də ona baş əyir. Bayraq elə bir cəsarətdir, bayraq elə bir şərəfdir ki, xalqların ən böyük şərəfə layiq gördüyü insanlar onun qarşısında diz çöküb öz xalqına sədaqət andı içirlər. Bayraq elə bir müqəddəs varlıqdır ki, onun altında ölmək belə şərəflidi! Bayramımız mübarək”.





Müğənni Eldar Qasımov: “Bir kərə yüksələn bayraq, bir daha enməz!”





Repçi Qurd: “Azərbaycanın bayrağı, sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin remzidir. O bizi bütün dünya azərbaycanlılarını birləşdirən ən böyük rəmzdir “.





Aparıcı Nərgiz Cəlilova





Aparıcı Samir Bayramlı





DJ Çina



Paylaş: