"Keyxanım"ın evi qarət edildi
Tarix: 9-11-2018, 11:54



Aktrisa Ülviyyə Əliyevanın evinə oğrular girib.
UlduzumSan.Az-ın Axşam.az-a istinadən verdiyi xəbərə görə, bu barədə aktrisa özü məlumat verib. O bildirib ki, oğru evə girdiyi gün anasıgildə qalıb. Ülviyyə Əliyeva qızıllarının götürüldüyünü vurğulayıb:
"Yoldaşım Rusiyada idi. Anamgildə qaldım. Kimsə bilib ki, evdə yoxuq. Hadisə Xətai rayonu ərazisində baş verib. Polisə müraciət etmişik".

Paylaş: