Hakan Peker boşandı
Tarix: 8-11-2018, 16:39



Məşhur türk müğənnisi Hakan Pekər boşanıb.
 “Ölkə.Az” xəbər verir ki, müğənni 2012-ci ildə ailə həyatı qurduğu Arzu Öztoprak ilə iki həftə əvvəl səssiz-səmirsiz boşanıb.
Cütlük 22 oktyabr tarixində boşanıb. Hakan boşanma xəbərini mesajla bildirib. Bir maqazin verilişndə çıxış edən müğənni deyib: “13 illik bərabərlik, 6 illik evlilik başa çatdı. 22 oktyabr tarixində Silivridə boşandıq”.
Qeyd edək ki, uzun müddət nişanlı qalan Hakan və Arzu 2012-ci ilin 10 iyun tarixində ailə həyatı qurub. Arzu bir müddət Hakanın meneceri kimi də işləyib.

Paylaş: