“Amaliya xanımın qızı ailə sirrinin yayılmasını istəmir” - Baş həkimdən açıqlama
Tarix: 8-11-2018, 16:34



Mərhum Xalq artisti Amaliya Pənahovanın xəstəlik səbəbinin xərçəng olduğu açıqlansa da, onun xərçəngin hansı növündən əziyyət çəkdiyi bilinmir.

BakuPost-un məlumatına görə, mərhum sənətkar son vaxtlar tez-tez Milli Onkologiya Mərkəzində olurmuş. Saytımızın əməkdaşı dəqiqləşdirmə aparmaq üçün Mərkəzin baş həkimi Azad Kərimvla əlaqə saxlayıb. Baş həkim ətraflı məlumat verə bilməyəcəyini deyib: "Amaliya xanımın qızı anasının xəstəliyi barədə məlumatın yayılmasına qadağa qoyub. O, ailə sirrinin kənara çıxmasını istəmir. Bu da Amaliya xanımın istəyi olub. Ona görə də bizim ətraflı məlumat verməyə ixtiyarımız yoxdur”.

Qeyd edək ki, Amaliya Pənahova 1945-ci ildə anadan olub. O, Azərbaycan teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi olub.

Xalq artisti bu gün səhər saatlarında dünyasını dəyişib.

Paylaş: