Amaliya Pənahova 3 gün əvvəl səhnədə idi... - Xalq artisti
Tarix: 8-11-2018, 16:06



Azərbaycan teatrının qızıl illərini yaradan insanlar bir-bir bizi tərk edir. Amaliya Pənahova 2-3 gün bundan qabaq Akademik Milli Dram Teatrının səhnəsində sonuncu tamaşasını oynadı.
Bu sözləri Kult.az-a Amaliya Pənahovanın vəfatı ilə bağlı danışan xalq artisti Nurəddin Mehdixanlı deyib. O, aktrisanın vəfatından dolayı ailəsinə və teatr nümayəndələrinə başsağlığı verib:
“Həyatdır, bir gün gələn, bir gün gedir. Biz də itirə-itirə gedirik, təəssüf ki, böyük sənətçilərimizi itiririk. Amaliya Pənahova çox gözəl tərəfmüqabil, çox gözəl aktrisa idi. Özünün ayrıca teatrı var idi və ömrünün son gününə kimi səhnədə oldu. Gələcək nəsillər bilməlidir ki, bu böyük sənətçilər ömürlərinin son gününə qədər teatra, mədəniyyətə, xalqa xidmət ediblər”.
Qeyd edək ki, ötən gecə 73 yaşlı xalq artisti Amaliya Pənahova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Paylaş: