Aygünlə Raufun dueti plagiatdır? - Mayk Cekson ritmləri...
Tarix: 8-11-2018, 15:30



Xalq artisti Aygün Kazımovanın müğənni Raufla oxuduğu "Aya" adlı mahnısı haqda söz-söhbətlər ortaya çıxıb.
Open.az xəbər verir ki, bir çox dinləyici mahnının ritmlərinin və xüsusi ilə nəqarət hissəsinin Maykl Ceksonun "Thriller" mahnısına bənzədiyini dilə gətirib.
Lakin dəqiqliklə dinləndiyi zaman "Aya" mahnısının plagiat olmadığı, sadəcə Ceksonun sözügedən mahnısı ilə ritmlərinin bənzədiyi bəlli olur.
Qeyd edək ki, xalq artistinin mahnısı bir həftə ərzində cəmi 156,000 baxış toplaya bilib.
Hər iki mahnı arasındakı bənzərliyi təqdim edirik:



Paylaş: