Məşhur model kredit götürərək fermer oldu
Tarix: 8-11-2018, 13:04




Türkiyə İstanbulda uzun müddət foto modellik edən Yazgülü Amaj Muğlanın Marmaris bölgəsinə köçərək fermer təsərrüfatı ilə məşğul olmağa başlayıb.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, Yazgülü Amaj bir müddət serialda epizodik rollarda çıxış edib və foo modelliklə məşğul olub.
Təbiət vurğunu olan Amaj bir il əvvəl şəhər həyatının stresindən uzaqlaşaraq Marmarisdə meşəlik ərazidə ev tikib və burayaa köçüb. Anası və həyat yoldaşı ilə birlikdə burada yaşamağa başlayan gənc qız Meşə və Kənd təsərrüfatı nazirliyinin “gənc sahibkar fermerlər” adlı layihəsi çərçivəsində 15 min manat məbləğində kredit götürüb. Toplam 45 min manat məbləğlə istiridyə göbələyi istixanasında istehsala başlayıb. 3 tona yaxın göbələk yetişdirərəkəldə etdiyi məhsulları 8 manatdan müxtəlif restoran və otellərə satmağa başlayıb.





Paylaş: