Məşhurlar Amaliya Pənahova haqqında: "Heç bir aktrisa onun yerini doldurmayacaq"
Tarix: 8-11-2018, 13:02



Xəbər verdiyimiz kimi, xalq artisti Amaliya Pənahova vəfat edib. UlduzumSan.Az-ın məlumatına görə, xərçəngdən əziyyət çəkən aktrisanın ölümünə yaxınları, sevənləri ilə yanaşı sənət dostlarını da kədərləndirib. Onlar A.Pənahovan haqda bu sözləri deyiblər:
Əməkdar artist Məlahət Abbasova: "Kaş biri çıxıb bu xəbərin yalan olduğunu söyləsəydi. Şokdayam... İnanılmaz üzgünəm. Azərbaycanın yeri doldurulmayacaq, çox dəyərli sənət insanı, teatr sənətinin əfsanəsi, bir çox tamaşalarda bərabər oynadığım, Azərbaycan səhnəsinin "Primadonna"sı Amaliya Pənahova, nur içində yatın. Haqqımı halal edirəm, əfsanələr ölmür. Siz həmişə qəlbimizdə yaşayacaqsınız".
Əməkdar artist Sənubər İsgəndərli: "Gözəl siması, istedadı ilə teatr tarixinə adını yazan sənətkar... Allah sizə rəhmət eləsin, Amaliya xanım".
Əməkdar artist Nərgiz Cəlilova: "Amaliya Pənahova... Böyük sənətkar, sənin, yaratdığın obrazları heç bir zaman unutmayacağıq".
Əməkdar artist Mehriban Xanlarova: "Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbr diləyirəm.
Allah rəhmət etsin".
Müğənni Nadir Qafarzadə: "Söz tapa bilmirəm. Allah rəhmət eləsin (ağlayır)".
Müğənni Əlikram Bayramov: "Amaliya Pənahovanın vəfat etməsi mədəniyyət ailəmini çox kədərləndirdi. Allah rəhmət eləsin!".
Aparıcı Nanə Ağamalıyeva: " Mərhum xalq artistiylə bir neçə gün öncə danışmışdım. Amaliya xanımı verilişimə dəvət etmişdim. O, da mənə bildirmişdi ki, proqramıma mütləq gələcək. Əfsuslar olsun ki, aktisanı verilişimdə görə bilmədim. Allah rəhmət eləsin!".
Tarzən Humay Qədimova: "Gözəl xanım sənətkarımız Amaliya Pənahova vəfat etdi. Sizi də itirdik. Allah rəhmət eləsin!".

Paylaş: