“Adam inana bilmir ki, belə gözəl və cavan qadın....”
Tarix: 8-11-2018, 12:32



“Adam inana bilmir ki, belə gözəl və cavan qadın vəfat edib”.
 “Qafqazinfo” xəbər verir ki, bunu deputat Elmira Axundova xalq artisti Amaliya Pənahovanın vəfatı ilə bağlı deyib. 
O bildirib ki, bu gün Azərbaycan mədəniyyəti üçün ağır itki üz verib: “Bizim ailə dostumuz idi. Bu xəbəri eşidəndə dəhşətə gəldim. İnanmağım gəlmədi və hələ də inanmıram ki, o, artıq həyatda yoxdur. Amaliya Pənahova 2000-2005- ci illərdə bizim həmkarımız da olub. Gəlin, ona Allahdan rəhmət diləyək”.

Paylaş: