Aqil M.Quliyevdən Amaliya Pənahovaya — İTHAF
Tarix: 8-11-2018, 12:07



Rejissor Aqil M.Quliyev çəkdiyi "Şaman" filmini mərhum xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr edəcək.
Bu barədə "Ölkə.Az"a açıqlamasında rejissor bildirib:
"Amaliya xanımla sonucu dəfə ötən il görüşüb film barədə danışmışdıq. Vəfat etməsi xəbərini sizdən eşidirəm. Çox pis xəbər oldu. "Şaman" filmində daha bir xalq artisti Yuri Baliyev də çəkilirdi və o da vəfat etdi. Allah hər ikisinə rəhmət eləsin!".
Qeyd edək ki, A.Pənahovanın çəkildiyi sonuncu film olan "Şaman" qədim türk mifologiyası üzərində qurulan əhvalatdır. Filmin təqdimatı bu ilin əvvəlində keçiriləcəkdi.

Paylaş: