Şəmistan Əlizamanlı məşhur serialda rol almasından danışdı
Tarix: 8-11-2018, 11:36



“Diriliş Ərtoğrul” serialına çəkiləcəyim barədə ictimaiyyətə məlumat verməmişdim.
Bu sözləri Kult.az-a açıqlamasında "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı Türkiyədə “Diriliş Ərtoğrul” serialında çəkilməsi barədə danışarkən deyib. O, seriala necə dəvət almasından danışıb:
“Türklər filmdə oxuduğum mahnını çox bəyənmişdilər. Mənimlə əlaqə saxlayıb, “Tanrı türkə yar olsun” mahnısını serialda səsləndirməyimi istədilər. Mən də razılaşdım. Hələlik bir bölümdə çəkilmişəm. Amma yaradıcılıqla bağlı başqa təkliflər olub. Dəyərləndirməyi düşünürəm”.
Ş.Əlizamanlı vətənpərvərlik mövzularında oxuduğu mahnılara görə Türkiyədə sevildiyini söyləyib:
“Serialın komandası məni yüksək səviyyədə qarşıladı. Orada mahnılarımı dinləyiblər, məni çox yaxşı tanıyırlar. Nəinki mənə, bütövlükdə Azərbaycana qarşı çox isti münasibət bəsləyirlər”.
Qeyd edək ki, Şəmistan Əlizamanlı Türkiyənin TRT1 kanalında yayımlanan “Diriliş Ərtoğrul” serialında rol alıb. İfaçı serialın yeni mövsümünün ilk bölümündə ozan rolunda “Allah türkə yar olsun” mahnısını oxuyub.

Paylaş: