Bu müğənni "İlin qadını" seçildi - Mükafatını dekabrda alacaq
Tarix: 8-11-2018, 09:47



Nominasiya populyar "Billboard" jurnalı tərəfindən verilib
ABŞ-ın tanınmış pop müğənnisi Ariana Qrande "İlin qadını" nominasiyasını alıb.
AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, nominasiya populyar "Billboard" jurnalı tərəfindən verilib.
Jurnalın vitse prezidenti Ross Skarano deyib ki, Ariana davamlı şəkildə öz düşüncələrini həyata keçirir və karyerasında ən yaxşı musiqilər yaradır: "Müasir dünyada gənc qadınların çoxu öz güclərini reallaşdıra bilmirlər".
Müğənni Ariana Qrande aktyor və aparıcı Pitt Devidsonla nişanlansa da bir həftədən sonra ayrılıb. Cütlük öz həyatlarını ayrılıqda keçirmək qərarına gəliblər.
Qərb mediası isə ayrılığın səbəbini belə izah edib. Ariana sabiq sevgilisi Mak Millerin ölümündən bərk sarsılıb. Onlar iki il görüşdükdən sonra bu ilin may ayında ayrılıblar. Mak sentyabrın 7-də San-Fernando vadisindəki həyət evində ölü tapılıb.
Qeyd edək ki, "İlin qadını" nominasiyası keçən il müğənni Selena Qomesə verilib.

Paylaş: