Dünyanın ən seksual aktyorunun adı açıqlandı
Tarix: 8-11-2018, 09:20



Britaniyalı aktyor və "Lüter" serialının ulduzu İdris Elba "People" jurnalının versiyasına əsasən 2018-ci ilin ən seksual kişisi seçilib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.
"Ola bilməz. Bu doğrudur? Mən güzgüyə baxdım və öz-özümə dedim. Bəli bu gün sən çox seksual görünürsən. Bu xoş sürpriz oldu və təbii ki, özünə inamı artırdı", — deyə 46 yaşlı aktyor jurnalın üz qabığında öz fotosunu görərkən keçirdiyi hisslər barədə danışarkən bildirib.
Qeyd edək ki, Britaniyalı aktyor "Mollinin oyunu", "Tor" franşizası, "Aramızdakı dağlar", "Qaranlıq Qala", "Star Trek" kimi filmlərdə rol alıb.


Paylaş: