"İlhamə Quliyeva sağ olanda hamınız ona yaltaqlanırdız"
Tarix: 7-11-2018, 15:39



Prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda əsəblərini cilovlaya bilməyib. 
UlduzumSan.Az-ın məlumatına görə, xalq artisti İlhamə Quliyevanın arxasınca danışanlara, sənətkarın onlara borcu var deyənlərə sərt şəkildə cavab verib: "İlhamə Quliyeva sağ olanda hamınız - arvadlı-kişili ona yaltaqlanırdız, ondan qorxurdunuz. O, gələndə, ayağa dururdunuz. Onun pişiyini də hörmətli tuturdunuz. Amma indi ölünün arxasınca danışırsınız? Oğlu Orxanın toyunun təşkilatçısı mən olmuşam. O toyun pulunu - 15000 manatı Moskvada yaşayan hörmətli bir şəxs vermişdi. İlhamə xanımın heç kimə borcu yoxdur. Ağzınıza gələni danışmayın".

Paylaş: