"Tanrı olmaq çətindir" filminin məşhur aktyoru öldü
Tarix: 7-11-2018, 09:33



Məşhur aktyor və dublyor Gennadi Çertverikov 84 yaşında həyatını itirib.
Open.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə "Belarusfilm" film studiosundan məlumat verilib. Aktyorun ölüm səbəbi hələki məlum deyil
Rejissor və ssenarist Zoya Klimyuk, aktyorla vida mərasiminin Minskdəki Şimal Məzarlığında olacağını bildirib.
Gennedi Çertverikov aktyorluq kariyerasına 1956-cı ildə başlayıb. O, "Tanrı olmaq çətindir", "Emelyan Puqaçev", "XX əsrin quldruları", "Əsil soyğunçu Vladimir Dubrovskidir" filmlərində rol alıb. Bundan baqşa sənətçi idmanla, güləş ilə, atletizmlə məşğul olub və güclü şəxslərlə birlikdə tez-tez nümayişlərə qatılıb.

Paylaş: