Aktyorun arvadının ölüm xəbəri yalan çıxdı - Böyük ayıb
Tarix: 10-08-2017, 11:34


"Maşın şou"nun qalmaqallı iştirakçısı, aktyor Səbuhi Xanlarova ağır itki üz verib.
PraymTaym.az xəbər verir ki, aktyorun həyat yoldaşı vəfat edib.
S.Xanlarov bildirib ki, xanımı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib: "Çox pisəm. İki övladım anasız qaldı".
Allah rəhmət eləsin!
***
Həyat yoldaşının uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etdiyini deyən aktyor Səbuhi Xanlarovun yalanı üzə çıxıb.
Aktyorun bacısı Vəfa Xanlarova məlumatın doğru olmadığını bildirib.
O deyib ki, qardaşının hansı səbəbdən belə addım atdığını anlaya bilmir:
"Onun yoldaşı sağdır. Düzdür, xəstədir. Amma indi öz evində, övladlarının yanındadır. Ayıbdır. Onlar ailəlidirlər. Çox xahiş edirəm, bu xəbəri silin. Yalan məlumatdır. Yazıq anamın ürəyi gedib, atamın vəziyyəti pisdir. Hamiləyəm, xəbəri oxuyandan özümə gələ bilmirəm. Bilmirəm o niyə belə eləyir. Yəqin ki, reklam axtarır. Amma belə reklam olmaz".

Paylaş: