Rəqsanə ana olduqdan sonra
Tarix: 6-11-2018, 11:10



Müğənni Rəqsanə İsmayılova ana olduqdan sonrakı görüntülərini paylaşıb. 

Bir müddət xəstəxanada qalan sənətçi artıq səhhətinin yaxşılaşdığını və toy məclislərinə qatıldığını vurğulayıb. 

Qeyd edək ki, Rəqsanənin əkizləri doğulub. Hamiləliyinin yeddinci ayında sənətçinin halı pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi. Onun erkən doğulan övladları bir müddət şüşə altında qalacaq. 

Rəqsanənin Aysun və Yağmur adlı daha iki qızı var. 
 
///Axşam.az
 

 

 

Paylaş: