Əməkdar artist yeni doğulmuş nəvəsi ilə
Tarix: 6-11-2018, 10:45



Xəbər verdiyimiz kimi ötən ay əməkdar artist Almaz Ələsgərli  nənə olub.
 
Primetime.az xəbər verir ki, sənətçi yeni doğulan körpəni görmək üçün İsveçrəyə yola düşüb. Qız nəvəsi ilə gəzintiyə çıxan sənətçi xoşbəxtliyini bu sözlərlə ifadə edib:
 
“Allah balalarımızı xoşbəxt, bəxtəvər eləsin. Nənə olmaq çox gözəl hissdir. Hamıya nəsib olsun”.
 
Qeyd edək ki, bu müğənninin İsveçrədə yaşayan qızı Mədinənin ikinci nikahdan dünyaya gələn övladıdır. Onlar  yeni doğulmuş körpəyə  Melisa adını qoyublar.
 
Xatırladaq ki, sənətçinin Əminə və Mədinə adlı qız övladları var. Hər ikisi ailəli olub və ayrılıb. Mədinə isə ikinci dəfə ailə qurub.



Paylaş: