Rihanna da Trampa etiraz etdi
Tarix: 5-11-2018, 15:14



Məşhur müğənni Rihanna Amerika prezidenti Donald Tramp barədə açıqlama verib.  “Qafqazinfo” xəbər verir ki, pop ulduz prezidentin seçkiqabağı keçirdiyi mitinqlərdə onun mahnısını səsləndirilməsinə etiraz edib. 
Rihanna  “Nə mənim, nə də pərəstişkarlarımın belə faciəvi mitinqlərdə yeri yoxdur”- deyə tvitter hesabında bildirib. 
Qeyd edək ki,bir müddət əvvəl ifaçı Farrell Uilyamsda “Happy” mahnısını mitinqlərdə səsləndirən Donald Trampa məktub ünvanlamışdı. 

Paylaş: