"Özümü aktyor kimi də sınaya bilərəm"
Tarix: 10-08-2017, 10:49



Meyxanaçı Vasif Əzimov özünü aktyor kimi də sınayıb. 
Ulduzumsan.Az bildirir ki, bu barədə açıqlama verən sənətçi serialda rol aldığını bildirib: " "Ölüm ölüm" adlı klipimdəki rolumdan sonra fikirləşdim ki, özümü aktyor kimi də sınaya bilərəm. Hazırda "Barama" adlı serialda rol almışam. Ekran işində "Ruzigar" obrazını canlandırıram. Mənimlə yanaşı serialda xalq artistləri Nurəddin Mehdixanlı, Həmidə Ömərova, aktyorlar Tural Baxış, İlqar Cahangir, Elsəvər Mehdizadə, aktrisa Asya Atakişiyeva, meyxanaçı Aqşin Fateh və digərləri rol alıb. Ekran işinin artıq çəkilişləri başlayıb. "Barama" serialı sentyabr ayından telekanalların birində yayımlanacaq".
Qeyd edək ki, serialın quruluşçu rejissoru Vüsal Hacıqədir, quruluşçu operatoru Şahmar Səfəroğludur.





Paylaş: