"Əynindəki geyim də mənimdir, pulumu qaytar..." - Efirə zəng edib müğənninin arvadını biabır etdi
Tarix: 5-11-2018, 12:15



Müğənni Nurlan Əzizbəyli həyat yoldaşı Nərmin Əzizbəyli ilə Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişinin qonağı olub.

BiG.AZ xəbər verir ki, verilişdə qalmaqallı anlar yaşanıb. Efirə zəng edən Şəlalə adlı modelyer xanım Nərmin Əzizbəylini ondan kostyum götürüb pulunu verməməkdə ittiham edib:

"Nərmin xanım həyat yoldaşı Nurlan Əzizbəyli ilə birlikdə mənə müraciət etdi. Məndən paltar seçib götürdü, sonra isə "Pul maşında qalıb, getdi, sonra isə dedi ki, evdə qalıb , sabah gətirib verəcəyəm. Səhəri gün isə dedi ki, pulu vermirəm".

Nərmin Əzizbəyli isə xanımı yalan danışmaqda ittiham edərkən qarşı tərəfdən "Əynindəki paltar da mənimdir. Pulumu qaytarmalısız. Halal etmirəm" cavabını alıb.

Görüntüləri təqdim edirik:



Paylaş: