Namiq Taşanı Kristina ilə əvəzlədi
Tarix: 5-11-2018, 11:47



Meyxanaçı Namiq Qaraçuxurlu yeni layihəsini təqdim edib.  “Qafqazinfo” xəbər verir ki, ifaçı musiqisi Elçin Cəfərova,  sözləri özünə məxsus olan “Acı bibər”mahnısını ekranlaşdırıb. 
Natiq Zeynalovun rejissorluq etdiyi klip Qaraçuxurlunun rəsmi “Youtube” səhifəsində yerləşdirilib. Layihədə Namiqin tərəf müqabili rusiyalı model Kristina Samarina olub. 
Qeyd edək ki, meyxana ifaçısı sonuncu dəfə ötən ilin martında “Soyuqdur” adlı klipini təqdim etmişdi.  3 milyondan çox baxış toplayan layihədə sənətçi rusiyalı model Taşa Turova ilə kamera qarşısına keçmişdi. 



Paylaş: