Nəsrin Cavadzadə kökəlməmək üçün bunu edir
Tarix: 5-11-2018, 10:26



Türkiyədə fəaliyyət göstərən azərbaycanlı film ulduzu Nəsrin Cavadzadə ideal bədən quruluşunun sirrini paylaşıb.
Publika.az “Hurriyet”ə istinadən xəbər verir ki, Nəsrin Cavadzadenin İnstaqramda paylaşdığı göbəyi açıq fotosu qısa müddətdə bəyənilmə rekordu qırıb. Bir izləyici bu fotota "Üç lahmacun və bir künefedən sonra bu bədəni gör” sözlərini yazıb. "Bizim hikaye" serialında rol alan məşhur aktrisa formada qalmaq üçün yedikdən sonra qaçdığını bildirib.
Haqqında yazılan rəyə biganə qalmayan artistin "And içirəm ki, mən də künefe yeyirəm, amma sonra qaçıram” deməsi müzakirələrə səbəb olub.

Paylaş: