Zamiq Hüseynov yeni mahnısını təqdim etdi
Tarix: 5-11-2018, 10:06



Müğənni Zamiq Hüseynov pərəstişkarlarını sevindirəcək addım atıb.  “Qafqazinfo” xəbər verir ki, müğənni şənbə günü yeni mahnısını təqdim edib. 
Musiqisi Vaqif Yaqubova, sözləri Nigar Hüseynliyə məxsus bəstə “Ana” adlanır.  İfa Zamiqin rəsmi “Youtube” səhifəsində yerləşdirilib. 
Qeyd edək ki, müğənni  fevralın 10-da Heydər Əliyev Sarayında səhnə fəaliyyətinin 15 illiyinə həsr olunan hesabat xarakterli solo konsert verəcək. 



Paylaş: