Ayşə Birgül Yılmaz hər kəsin istədiyi sözləri Cəmilə verdi
Tarix: 5-11-2018, 08:21



Estrada və vokal ifaçısı Cəmil payıza damğasını vuracaq yeni mahnısını sevənlərinə təqdim etməyə hazırlaşır.
UlduzumSan.Az-a məlumat verən  xarizmatik müğənni nəhayət ki, gizli saxladığı sürprizi açıqladı. Söhbət Türkiyənin əksər sənətçilərinə - Sibel Can, Seda Sayan, Nilüfer, Ebru Gündeş və bir çoxların mahnıların söz yazarı Ayşe Birgül Yılmazla olan işbirliyindən gedir: 

"Bəli, zamanı yetişdiyi üçün çalışdığım pr direktor Elton Hacıyevin izni ilə türk dilində ifa etdiyim "Bana masal anlatma" (Mənə nağıl anlatma) adlı mahnım haqqında ürəkdolusu indi danışıram. Ayşe Birgül Yılmaz bu sözləri başqasının oxuması üçün yazmışdı. Amma onun niyyəti olsa da, qismət mənim payıma düşdü. Lirik sözlər üzərində olan mahnımdan çox böyük uğurlar gözləyirəm. İnanın, həqiqətən, çəkdiyimiz zəhmətin, işimizin bəhrə verdiyini görmək çox sevindiricidir", - Cəmil belə dedi. 

Məlumat üçün bildirək ki,  imicində inanılmaz dəyişiklik edən Cəmil  əmindir ki, türk dilində ifa etdiyi mahnı qısa zamanda yetərincə dinləyici marağına səbəb olacaq.




Paylaş: