"Şükürlər olsun, bu yaşıma kimi adımı qorumuşam"
Tarix: 10-08-2017, 09:56


Müğənni Aysel Əlizadə qeyri-səmimi insanları xoşlamır.
Ulduzumsan.Az bildirir ki, ifaçı bu barədə “ATV maqazin onlarla”ya danışıb:
“ Qarşımdakı insanda qeyri-səmimilik görəndə o məni acıqlandırır. Mənimlə səmimi olmayan insanla münasibət saxlamaq istəmirəm. Onunla danışdıqca ürəyim bulanır. Hamısının yolu açıq, məndən uzaq, Allaha yaxın olsunlar. Mən güclü bir insanam. Xanım olmaq, ailənin adını qorumaq çox çətindir. Şükürlər olsun, bu yaşıma kimi adımı qorumuşam”.
Aysel müğənnilikdən getmək barədə düşündüyünü etiraf edib:
“Son zamanlar mənim üçün çox çətin gəlir. Bəlkə özümə başqa sahədə karyera qurdum. Mən sənətdən gedə bilərəm, mənim üçün hər şeydən önəmli xoşbəxtlikdir”.

Paylaş: