Əfsanəvi “Moğollar” qrupunun qurucusu vəfat etdi
Tarix: 2-11-2018, 15:23



Türkiyənin məşhur rok qrupu “Moğollar”ın qurucusu Əziz Əzmət vəfat edib.
“Ölkə.Az” xəbər verir ki, Əziz 1967-ci ildə musiqiçi dostu Murad Səs ilə birlikdə “Moğollar” qrupunu qurmuşdu. Musiqiçinin ölüm xəbərini isə qrupun rəsmi İnstaqram səhifəsi açıqlayıb. 
71 yaşlı sənətçinin ölümü ilə bağlı verilən açıqlamada deyilir: “ “Moğollar”ın qurucusu, sevgili dostumuz Əziz Əzməti itirdik. Çox üzgünük. Hüzur içində yatsın”.
Əziz 1947-ci ilin 1 yanvar tarixində dünyaya gəlib. Musiqi karyerasına “Meteorlar” qrupu ilə başlayıb.  1967-ci ildə isə “Moğollar” qrupunu qurub.



Paylaş: