"Mən Avropanı fəth edəndə Səyyad hələ..." - Mənzurədən SƏRT SÖZLƏR
Tarix: 10-08-2017, 09:37



Tanınmış müğənni Səyyad Əlizadənin Mətanət İsgəndərli və Mənzurə Musayeva haqqında dedikləri birmənalı qarşılanmayıb və qarşı tərəfi qıcıqlandırıb. 

Bu barədə BiG.AZ-a danışan Mənzurə Musayeva həmkarının sözləri ilə razılaşmayıb: "Mən 1988-ci ildə Avropada "Hello" ansamblının solisti olanda, Avropada tanınıb orda onlar başa düşsün deyə xarici dildə mahnı ifa edəndə hələ Səyyad müəllimi tanımırdılar. Səyyad müəllim 1995-ci ildən fəaliyyətə başlayıb və tanınıb, mən artıq 1988-ci ildə Avropanı fəth etmişdim. Sonradan Səyyad müəllim mənim duet ortağım oldu, düzdü duet çox gözəl alındı və sevildi. Amma bu o demək deyil ki, mən o duetlə tanınmışam. Səyyad müəllim əgər elə deyirsə desin, heç nə demirəm sadəcə həqiqəti və bunun belə olmadığını hər kəs bilir". 

Məsələ ilə bağlı Mətanət İsgəndərli ilə əlaqə saxladıq, zəngimizi cavablayan köməkçisi Mətanət xanımın ölkədə olmadığını, onun xaricdə olduğunu bildirdi. 

Paylaş: