Məni boşayan hakimin qulağını dişləyərəm
Tarix: 2-11-2018, 09:28



Türkiyədə iş adamı Mümtaz Başeskioğlunu 9 illik həyat yoldaşı məhkəməyə verib.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, qadın əri tərəfindən əziyyət verilərək döyüldüyü iddiası ilə boşanma davası açıb və 4 milyon TL təzminat istəyib.
Başeskioğlu bu məbləği eşitdikdən sonra "Mən "Zəki Triko"nun vəliəhdi deyiləm, 4 qardaşım var" deyib.
"Sabah" qəzetindən Əli Oqtayın xəbərinə görə, çimərlik geyimi markası "Zəki Triko"nun sahibi Zəki Başeskioğlunun oğlu Mümtaz Başeskioğlunun bu həyat yoldaşından bir uşaqları var.
Mənbə bildirir ki, Mümtaz Başeskioğlu guya 3 dəfə arvadı İdiliyanın boğazına bıçaq dayayıb. Dəfələrlə onu döyüb və bir dəfə də dodağını partladıb.
Ərinin zorakılığından qorxan və özünü hamama kilidləyən İdilliya deyir ki, əri qapını sındırıb və onu əlindəki qoltuq dəyənəkləri ilə vurub. Bıçaqla barmaqlarını kəsməklə təhdid edilən İdilliya yoldaşına "Mümtaz, mənimi öldürəcəksən?" sualını verib və ərinin əlindəki bıçağı öz qarnına sancıb.
Mümtaz Başeskioğlu isə "Məndən boşanmaya qalxsan, üzünü şüşə ilə doğrayaram. Məni boşayan hakimin qulağını dişləyərəm" deyərək arvadını təhqir edib.
Florada yaşadığı evindən və işdən qovulan İdilliya Başeskioğlu boşanmaq üçün 4 milyon lirə təzminatla yanaşı qızı və özü üçün hər ay 40 min lirə pul istəyib.
Qeyd edək ki, Mumtazın atası Zəki Başeskioğlunun 4 övladı və 8 nəvəsi var.

Paylaş: